İranın dini lideri Müctəba Xameneyi növbəti açıqlamasını yayıb.
Tribuna.az xəbər verir ki, o, ABŞ-ın İrana mümkün hücumundan sonra başqa addımlar atacaqlarını bildirib.
Xamineyi deyib ki, ABŞ İranla müharibəni davam etdirərsə, digər cəbhələr də açılacaq. “Düşmənin həssas olacağı və lazımi təcrübəyə malik olmayacağı cəbhələrin açılması üçün işlər görülüb. Hərbi vəziyyət qorunub saxlanılarsa, tərəfimizin maraqlarına əsaslanaraq bu əlavə cəbhələr açılacaq”.
Müctəba Xamineyinin bu açıqlamasının konkret nələrə hesablandığı dəqiq bilinmir. Onun “digər cəbhələr” dedikdə böyük ehtimalla “Hizbullah”, “Kətaib Hizbullah, “Həşdi Şəbi” və daha bir neçə proxy təşkilatları nəzərədə tutur. Lakin faktiki olaraq, bu qüvvələr içində yalnız Yəməndəki Husilərin imkanları daha geniş görünür. Digər proxy təşkilatların durumu uzunmüddətli müharibə üçün əlverişli hesab olunmur.
Fərda Uğur









