İranın yeni dini lideri Müctəba Xamineyi ilə bağlı növbəti dəfə müəmmalı vəziyyət yaranıb.
Tribuna.az xəbər verir ki, onun ölümü ilə bağlı yeni iddialar yayılıb.
Buna səbəb isə bir neçə gün əvvəl İran mediasınada “Müctəba Xamneyinin səhhəti pisləşib. O hazırda xüsusi nəzarətə alınıb” xəbərinin yayılması olub.
Lakin dünən “Mehr” Agentliyi Müctəba Xamineyinin tələbələrlə görüşünü əks etdirən görüntüsünü yayınlayıb. Hərçənd bir neçə saat sonra bu görüntülərin müharibədən əvvəlki dövrə aid olduğunu etiraf etməli olub.
Dünən isə yeni dini lider ilə bağlı daha bir xəbər də yayılıb. Rəsmi qaynaqlar İran prezidenti Məsud Pezeşkian və Xamineyi arasında görüşün keçirildiyini bildirib. Məlumatda qeyd edilib ki, tərəflər müharibə vəziyyətində atılacaq addımlar, əhalinin rifahı və iqtisadi mövzuları müzakirə ediblər.
Britaniyalı siyasi fəal və analitik Nikolas Lisak isə bunun əksini iddia edib. O bildirib ki, Xameneyinin səhhətinin ağır olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və o, mart ayının ortalarında həlak olub. “Müctəba Xameneyi “ağır vəziyyətdə” deyil. O, martın ortalarından etibarən ölüdür.
Bütün bu tamaşa sadəcə SEPAH-ın onun ölümünü təsdiqləmək və liderin yerinə daha radikal bir mühafizəkarı gətirmək məqsədi daşıyan həyasız planıdır. Sözümü unutmayın: rejim süqut edəcək. İran azad olacaq!”
Fərda Uğur









