İranın yeni dini lideri Müctəba Xamineyi onu dəstəkləyənlərdən biri olan Ejeyini vəzifəsindən azad etmək fikrindədir.
Tribuna.az xəbər verir ki, bu məlumatı “Iran International” saytı yayıb.
Məlumatda deyilir ki, Müctəba Xamineyi İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ejeini növbəti 5 il üçün seçməmək qərarına gəlib. Sayt səbəb olaraq qeyd edib ki, Xamineyinin özünə ən yaxın olan adamları vəzifə başına gətirmək istəyir.
Fərda Uğur









