Xaçmaz rayonunda bədbəxt hadisə qeydə alınıb.
Tribuna.az “Shimal.news”a istinadən xəbər verir ki, bir həftə əvvəl rayonun Yergüc kənd sakini, 1956-cı il təvəllüdlü Murad Müslüm oğlu Əsfəndiyarovu kənd ərazisində eşşək dişləyib.
Hadisədən sonra bir müddət ev şəraitində müalicə alan 70 yaşlı kişi ötən gün vəfat edib.
Mərhumun meyiti müayinə aparılması üçün Xaçmaz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.









