“Ermənistan prezidenti Vaaqn Xaçaturyan dövlət başçısı yox, axmaqdır”.
Tribuna.az xəbər verir ki, bunu “Ana Ermənistan” Partiyasının rəsmisi Areqnaz Manukyan deyib.
O bildirib ki, Xaçaturyan Prezidenti İlham Əliyevə təşəkkür etmək üçün tələsib. “O, İlham Əliyevə təşəkkür etməyə və ondan üzr istəməyə tələsdi. Bu ayıbdır”.
Ermənistan Respublika Partiyasının rəsmisi Eduard Şarmazanov isə Davosda Prezident İlham Əliyevlə Ermənistan prezidenti Vaaqn Xaçaturyanın davranışını başqa şəkildə təsvir edib. “İlham Əliyev və Vaaqn Xaçaturyanın Davosdakı münasibətləri ağa ilə xidmətçi arasındakı münasibətə bənzəyir. Xaçaturyan xidmətçi olaraq Əliyevin qulluğunda dayanmış kimi görünməklə yanaşı, həm də onun sözlərindən kənara çıxmayan müti biri kimi görünürdü”.
Fərda Uğur









