Xaçaturyan: “Əliyev Paşinyanı yenidən baş nazir seçəcək”

Xaçaturyan: “Əliyev Paşinyanı yenidən baş nazir seçəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Azərbaycan sülh danışıqlarının gündəliyində təhlükəsizlik zəmanətləri məsələsi yoxdur.  Bu müddəa paraflanmış kağızda tamamilə yoxdur”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistan parlamentində təmsil olunan “Haystan” blokundan deputat Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin dürüst sözünə inanmır. “Əliyev rəsmi Yerevanı qeyd-şərtsiz təslim olmağa məcbur edib, hakimiyyəti Nikola təhvil verəcəyinə söz verib.  Əlbəttə ki, o, bütün tələblərini və şıltaqlıqlarını könüllü şəkildə yerinə yetirərsə”.

Fərda Uğur