“İlham Əliyevə hazırkı şəraitdə istədiyi hər şeyi asanlıqla əldə edir”.
Tribuna.az xəbər verir ki, bu fikirləri erməni deputat Artur Xaçatryan səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti heç vaxt məqsədini gizlətməyib. “Əliyev məqsədlərini gizlətmir: o, dəfələrlə bildirib ki, əgər Ermənistan sülh istəyirsə, onda güzəştə getməlidir”.
Xaçatryan TRİPP dəhlizinin Ermənistanı tam blokadadan çıxaracağını real saymayıb. O deyib ki, Ermənistanı tam blokadadan çıxarmaq üçün İcevan-Qazax və Şirak-Qars dəmir yolu xətləri istifadəyə verilməlidir.
Fərda Uğur









