“WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək”

“WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək”.

Tribuna.az  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək”, – dövlət başçısı qeyd edib.