WUF-un ev sahibliyi Meksikaya təhvil verildi

WUF-un ev sahibliyi Meksikaya təhvil verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Şəhərsalma Forumunun ev sahibliyinin Azərbaycandan Meksikaya təhvil verilməsi mərasimi keçirilib.

Tribuna.az  xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Forumun simvolunu Meksika tərəfinə təhvil verib.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyası (WUF14) Meksikanın paytaxtı Mexikoda keçiriləcək.