“WhatsApp”a yeni funksiya gəlir: Onlayn istifadəçilər yaşıl nöqtə ilə görünəcək

“WhatsApp”a yeni funksiya gəlir: Onlayn istifadəçilər yaşıl nöqtə ilə görünəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp”da onlayn istifadəçiləri göstərən yaşıl nöqtə funksiyası sınaqdan keçirilir.

Tribuna.az xəbər verir ki, “WhatsApp” istifadəçilərin kimin onlayn olduğunu daha rahat görməsi üçün yeni yaşıl nöqtə funksiyasını test etməyə başlayıb.

Daha əvvəl “Android” beta versiyasında təqdim edilən yenilik artıq “iOS”un beta versiyasında da istifadəyə verilib.

Yeni funksiyaya əsasən, istifadəçi tətbiqdə aktiv olduqda profil şəklinin sağ alt hissəsində kiçik yaşıl nöqtə görünür. İstifadəçi oflayn olduqda isə bu göstərici avtomatik yoxa çıxır.

“WhatsApp”dan bildirib ki, mövcud məxfilik ayarları dəyişmir. Onlayn statusunu və ya son görülməsini gizlədən istifadəçilər üçün yaşıl nöqtə digər şəxslərə göstərilməyəcək.

Hazırda funksiya yalnız məhdud sayda beta istifadəçisi üçün əlçatandır. Onun bütün istifadəçilərə nə vaxt təqdim ediləcəyi isə hələ açıqlanmayıb.\\sfera.az