Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə veribmiş

Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə veribmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin sabiq rəisi Elçin Əligülova yeni vəzifə verilibmiş.
Qaynarinfo-nun məlumatına görə, o, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Aparatında Baş məsləhətçi vəzifəsinə təyin edilibmiş.
Bir müddət əvvəl TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.