Məlum olduğu kimi, dünən Ermənistanda qəfil Türkiyə səhiyyəsinə məxsus təcili tibbi yardım maşını peyda olub.
Tribuna.az xəbər verir ki, türk ambulansın Ermənistana gəlişinə səbəb başqa vasitə ilə xəstəxanaya çatdırılması mümkün olmayan xəstəni vaxtında tibb ocaqlarından birinə yerləşdirmək məqsədi daşıyıb.
Lakin hadisə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Xüsusən daşnaklar haray-həşir salaraq, əhali arasında başqa təbliğat aparmağa başlayıblar. Onlar iddia ediblər ki, Türkiyəyə məxsus ambulansın İrəvana gəlişi “Ermənistanın türklərin nəzarətində olması” deməkdir.
Lakin İrəvanda vətəndaş cəmiyyəti üzvlərindən olan İşxan Verdiyan daşnakları sərt tənqid edidb. “Ermənistanda Türkiyəyə məxsus təcili tibbi yardım maşınının görünməsi daşnakları dəli edib. İsteriyanın dərəcəsi o qədər böyükdür ki, elə bil təcili yardım yox, üzərinə pulemyot bərkidilmiş BTR gəlib. İndi də təsəvvür edin bu daşnaklar birdən Ermənistan yollarında türk yox, Azərbaycan maşınını gözə alsalar nə baş verəcək”.
Verdiyan bildirib ki, Daşnaktsutyun Partiyası Ermənistanda qadağan olunmalıdır. “Bu partiya qadağan olunmayana qədər Paşinyan planlaşdırdığını həyata keçirə bilməyəcək. Və xatırladıram ki, terror hücumları daşnaklara tanış bir vasitədir. Ona görə də ölkədə daşnaklar fəal olduğu müddətcə Ermənistandakı istənilən Azərbaycanlının həyatı və sağlamlığı təhlükə altında olacaq”.
Fərda Uğur









