Vera Xaçatryan: “Vaqif tez-tez ağlayır”

Vera Xaçatryan: “Vaqif tez-tez ağlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Ermənistana təhvil verilən erməni məhbus Vaqif Xaçatryan hələ də xəstəxanadadır.

Tribuna.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan açıqlama verib.

O bildirib ki, atasının daha bir müddət xəstəxanada qalaraq, müalicə alması lazımdır. “Atamın əhval-ruhiyyəsi yaxşıdır. Bizim üçün çox darıxır, suallar verir, hər şeylə maraqlanır. Bakıdakı məhbus həyatından heç danışmırıq, nə o, nə də biz bu mövzunu qaldırırıq. Atamda heç bir əhəmiyyətli dəyişiklik hiss etmirik. Sadəcə çox qocalıb, gözlərində dərin bir kədər var, gözləri zaman-zaman yaşla dolur”.

Fərda Uğur