Vens: “İranla danışıqlarda irəliləyiş var”

Vens: “İranla danışıqlarda irəliləyiş var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranla danışıqlarda çox irəliləyiş əldə etmişik. Heç bir tərəfin hərbi kampaniyanı davam etdirmək istəmir”.

Tribuna.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti JD Vance deyib.

Onun sözlərinə görə, hərbi kampaniyanı bərpa edə bilərlər. “Amma Trampın İranla bağlı istədiyi bu deyil. İran çox mürəkkəb bir ölkədir və biz onların danışıqlar qrupundan çox sərt mövqelər görürük. Biz iranlılara nüvə silahı əldə etməyə imkan verən bir razılaşmanı qəbul etməyəcəyik”.

Vens onu da bildirib ki, İran razılığa gəlmək istəyir. “Amma bu, razılaşmanı imzalayana qədər dəqiq bilinəcək”.

Fərda Uğur