Vens: “İlham Əliyev dünya lideridir, səfərə görə ona təşəkkür edirəm”

Vens: “İlham Əliyev dünya lideridir, səfərə görə ona təşəkkür edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərindən sonra hava limanında jurnalistlərə açıqlama verib.

Tribuna.az xəbər verir ki, o “Mən Azərbaycana səfər etdiyim üçün çox şadam”  deyib.

Vens qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bir sıra vacib məsələləri müzakirə edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibənin yerini sülh və ticarətin inkişafı tutacaq.

Bunan başqa, ABŞ vitse-prezidenti Azərbaycana səfərini əla adlandırıb və buna görə İlham Əliyevə təşəkkür edib. “Prezident İlham Əliyevi nüfuzlu dünya lideridir. Dövlət başçısı ilə regional və qlobal məsələləri, eləcə də terrorizmə qarşı mübarizəni müzakirə etdik. Beləliklə, bu, əla bir səfər idi”.

Fərda Uğur