Vəngli kəndinə daha 44 nəfər KÖÇDÜ

Vəngli kəndinə daha 44 nəfər KÖÇDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç prosesi həyata keçirilib.
Tribuna.az  xəbər verir ki, bununla bağlı Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Verilən məlumata görə, bu mərhələdə kəndə 10 ailə olmaqla ümumilikdə 44 nəfər köçürülüb.

Kəndə çatan sakinlər qarşılandıqdan sonra onlara Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən yeni bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Qeyd edək ki, Vəngli kəndində bərpa və yenidənqurma işləri mərhələli şəkildə aparılır, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılıb.

Köç prosesinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.