ABŞ prezidenti Donald Tramp mübahisəli hərbi əməliyyatdan -Nikolas Maduronun ələ keçirilməsindən təxminən beş ay sonra müzakirəni yenidən qızışdırıb.
Tribuna.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, o, “Fox News”a müsahibəsində bildirib ki, Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi ciddi şəkildə nəzərdən keçirir. Buna cavab olaraq, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges amerikalı həmkarına sərt cavab verib: “Biz venesuelalıların sahib olduğu bir şey varsa, o da müstəqillik prosesimizi, müstəqillik qəhrəmanlarımızı və ümumən qəhrəmanlarımızı sevməyimizdir”.
Keçmiş vitse-prezident əlavə edib ki, onun hökuməti mart ayında Vaşinqtonla diplomatik münasibətləri bərpa etdikdən sonra ABŞ ilə diplomatik əməkdaşlıq gündəliyi üzərində işləyir:
“Maduro bu münasibətləri yeddi il əvvəl kəsmişdi. İndi əlaqələr bərpa olunmaq üzrədir”.









