Bakının Mirzəağa Əliyev küçəsində fəaliyyət göstərən “Velvet Baku” restoranının əməkdaşı Nicat İbrahimov obyektin qarşısında salınmış velosiped zolağının sahibkarlıq fəaliyyətinə ciddi təsir göstərdiyini iddia edir.
Tribuna.az xəbər verir ki, onun Patrul.az-a müraciətində bildirilir ki, COP29 tədbiri dövründə sözügedən küçədə avtomobillər üçün parkinq mövcud olub. Lakin tədbirdən sonra parkinq ləğv edilərək ərazi velosiped zolağı ilə əvəz olunub. Müraciət müəllifinin sözlərinə görə, bu dəyişiklik müştərilərin avtomobil saxlama imkanlarını məhdudlaşdırıb və restoranın fəaliyyətinə mənfi təsir göstərib.
Nicat İbrahimov qeyd edir ki, yaxın ərazidə yerləşən bəzi digər obyektlərin qarşısında və ya yaxınlığında parkinq imkanları saxlanılsa da, “Velvet Baku” restoranının ön hissəsində bu imkan aradan qaldırılıb. Onun sözlərinə görə, nəticədə müştəri axınında azalma müşahidə olunur.
Müraciətdə aidiyyəti dövlət qurumlarından məsələyə baxılması və sahibkarlıq subyektinin fəaliyyətinin çətinləşməməsi üçün uyğun həll variantının tapılması xahiş edilir.
Ətraflı süjetdə:









