Nəhayət ki, Azərbaycan televiziyaları səviyyəsiz, insanlarımızı alçaldan və ailə dəyərlərini kökündən məhv edən verilişlərdən xilas oldu. Amma təssüf edirəm ki, bu proqramların mənfi təsirləri hələ uzun müddət hiss olunacaq. Nəticələri də artıq göz önündədir.
Tribuna.az xəbər verir ki, bu fikirləri sabiq müstəntiq Müşfiq Abbasov bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə, xüsusilə Tiktok-da minlərlə insanın canlı yayımını izlədiyi, hədiyyə yağışına tutduğu cinsi bilinməyən şəxslər uşaqlar və yeniyetmələr üçün ulduza çevirilir:
“Bəzən idmançıların, xüsusilə müğənnilərin ortaq yayıma çıxdığı bu adamlar zəif xarakterə malik uşaqları özünə çəkir, xüsusilə onları dərsdən yayındırır. Məktəblərin çoxunda fasilə zamanı “velizarlar”,”baboşlar” müzakirə olunur. Bu gün də sosail şəbəkələrdə həmin adamların canlı yayımlar zamanı etdiyi hərəkətlər, dilini, arxasını və s. bədən əzalarını eybəcər formada oynatması, ayrı-ayrı cavan oğlanları canlı yayıma qoşaraq onların bədən quruluşlarına ehtiraslı nəzərlərlə baxması, müxtəlif tərbiyəsiz sözlərın atılması əxlaqı dəyərləri kobud pozmaqdır.
Biz isə həmin videolara baxıb sadəcə gülürük, amma dərk etmirik ki, bu cür hərəkətlər yetkinlik yaşına çatmayanların beynində necə şüuraltı qalıcı izlər buraxır və həmin insanlarda maraq yaradır.
Bu səbəbdən aidiyyəti dövlət orqanlarından, xususilə DİN-dən xahiş edirəm ki, həmin şəxslər barəsində tədbirlər daha da intensiv aparılsın. Yoxsa, bu camaat öz xoşuna həmin insanların canlı yayımlarını tərk edən deyil”.
Gülşən Rəsul









