Vaşinqton-Tehran: dəyişən ritorika və savaşın eşidilən ayaq səsləri

Vaşinqton-Tehran: dəyişən ritorika və savaşın eşidilən ayaq səsləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında danışıqların nəticəsizliyi fonunda tərəflərin sürətli şəkildə silahlanması müşahidə olunur. Tribuna.az xəbər verir ki, artıq tərəflər Cenevrədəki görüşdən sonra ritorikasını da dəyişiblər.

Belə ki, İran Silahlı Qüvvələrinin sözçüsü, general Əbülfəzl Şikarçı bəyan edib ki, hər hansı bir münaqişə baş verərsə, Amerika qoşunları və texnikası məhv ediləcək.

İranın ali rəhbəri Əli Xameneyinin müşaviri və köməkçisi Məhəmməd Möhbər isə bildirib ki, Amerika aviadaşıyıcıları İranın yerli istehsal raketlərinin hədəf mənzilindədir.

ABŞ-dan da gələn açıqlamalar müharibənin qaçılmazlığını deməyə əsas verir. Tribuna.az xəbər verir ki, ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri, respublikaçı senator Tom Kotton vurğulayıb ki, “Görüşdə “əhəmiyyətli irəliləyiş” barədə yayılan məlumatlar İran tərəfinin ictimai rəyi yönləndirmək üçün formalaşdırdığı narrativdir.

Hərçənd ABŞ Nümayəndələr Palatasının demokratları prezident Donald Trampın Konqresin təsdiqi olmadan İrana qarşı hərbi güc tətbiq etmək səlahiyyətini məhdudlaşdıran qanun layihəsi təqdim etmək niyyətindədirlər.

Bunların fonunda ABŞ prezidenti Donlad Tramp da açıqlama verib. O deyib: “İranda rejim dəyişikliyi ola bilər, ya da olmaya bilər. Mən hələ İranla bağlı qərar verməmişəm. Onların danışıqlar tərzlərindən məmnun deyiləm”.

Qeyd edək ki, ABŞ bölgəyə hərbi kontingent tarnsfer etməkdə davam edir. Ötən gün daha 22 hərbi təyyarə Fars körfəzi bölgəsinə göndərilib.

Fərda Uğur