Ermənistanda nəşr olunan çoxtirajlı “Past” qəzeti 2025-ci ilin yekunlarına dair yazı dərc edib.
Tribuna.az bildirir ki, müəllif 5 əlamətdar hadisədən bəhs edib.
Həmin hadisələrdən biri kimi isə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasını göstərib. Nəşr qeyd edib ki, bu böyük bir prosesin sona çatması deməkdir. “Vaşinqton razılaşması Zaqafqaziya tarixi üçün təkcə ötən ilin deyil, həm də bütün postsovet dövrünün ən əhəmiyyətli hadisələrindən biri oldu. 2023-cü il hadisələri bu qərarın əsasını təşkil etdi. İllərdir davam edən müharibə Ermənistanın və şəxsən Paşinyanın məğlubiyyəti ilə başa çatdı”.
Fərda Uğur









