Varlığa nə darlıq: FHN 62 min manata daha bir maşın alır

Varlığa nə darlıq: FHN 62 min manata daha bir maşın alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) daha bir tenderinə yekun vurub.

Tribuna.az xəbər verir ki, nazirlik bununla bağlı nəticələri açıqlayıb.

Məlumatda bildirilir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövllət Baş Layihə İnstitutu olan “Azərdövlətlayihə” bir ədəd sedan tipli xidməti avtomobil alacaq. Tenderin qalibi “AUTO AZƏRBAYCAN” MMC olub. Şirkət nazirliyə bir ədəd avtomobili 62 min 500 manata satacaq.

Xatırladaq ki, FHN son illər ən çox xidməti avtomobil alan dövlət qurumu olaraq diqqəti çəkir. Maraqlıdır ki, nazirlik əsasən bahalı maşınlara üstünlük verir.

F\rda Uğur