“Ruben Vardanyanın işindən apelyasiya şikayəti verməyəcəyik. Bunu atamla məsləhətləşmişik”.
Tribuna.az xəbər verir ki, bunu hazırdda Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın oğlu David Vardanyan France 24-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, sülhə nail olmağın yeganə yolu bütün həbsdə olan erməniləri azad etmək, onları evlərinə qaytarmaq, ölkələr arasında münasibətləri həqiqətən normallaşdırmaq və keçmişin bütün yaralarını sağaltmaqdır. “Ermənistan və Azərbaycanın həqiqi və davamlı sülhə nail ola biləcəyinə böyük ümidim var. Lakin xoşməramlılıq olmadan imzalanmış sənəd sadəcə kağızdır”.
David Vardanyan sonda qeyd edib ki, atasının ümidləri var. “Atam səmimi qəlbdən ümid edir ki, Ermənistan və Azərbaycan qonşu kimi birgə yaşamağın yolunu tapa biləcəklər”.
Fərda Uğur









