Vardanyanın nağılları: “Qarabağa qayıtmaq mümkündür”

Vardanyanın nağılları: “Qarabağa qayıtmaq mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox sayda vətəndaşımız bizdən Qarabağdan köçən ermənilərin hüquqlarını necə qoruyacağımızı soruşur və biz birbaşa cavab veririk ki, onların Qarabağa kollektiv şəkildə qayıtmaq hüququ gündəmimizdədir”. Tribuna.az xəbər verir ki, bunu “Haystan” blokundan olan deputat Kristine Vardanyan deyib.

Onun sözlərinə görə, Qarabağ onların “ürəyindədir”. Lakin o, hakim “Mülki Müqavilə” Partiyası kimi xalqı alddatmayacaqlarını dilə gətirib. “Amma biz Mülki Müqavilə Partiyası kimi vətəndaşlarımızı aldatmayacağıq. Biz gələn il Qarabağı azad etməyə, müharibəni qızışdırmağa gələcəyimizi demirik”.

Vardanyan həmçinin onu da iddia edib ki, onlar Qarabağdan köçmüş ermənilərin kollektiv şəkildə qayıtmaq hüququnun qorunması barədə danışırıq. Çünki biz bunu real hesab edirik, bu vəziyyətdə real olan budur”.

P.S. Vardanyan da Beqlaryan və digər separatçılar kimi, nağıllar aləmində yaşayır.

Fərda Uğur