Vardanyanın arvadı Bakıya nümayəndə göndərməyə çalışır

Vardanyanın arvadı Bakıya nümayəndə göndərməyə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanda həbsdə olan separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend yeni “təşəbbüs”lə çıxış edib.

Tribuna.az xəbər verir ki, o, bununla bağlı geniş açıqlama yayıb.

Zonabend bildirib ki, həyat yoldaşına görə, beynəlxalq qadın humanitar nümayəndə heyətinin Bakıya səfərini təşkil etmək niyyətindədir. O, həmin heyətin səfərini təşkil etmək üçün Azərbaycan Ombudsmanına müraciət də edəcək.

Vardanyanın yoldaşı təkcə ərinə görə deyil, digər separatçılara görə də analoji addımı atdığını bildirib. O deyib ki, həbsdə olan ermənilərin azad edilməsi və vəziyyətlərindən mütəmadi məlumat almaq üçün Ermənistan hökuməti də onlara dəstək verməlidir.

Fərda Uğur