Uşaqların sosial şəbəkə “qurbanı olmasının ƏLAMƏTLƏRİ

Uşaqların sosial şəbəkə “qurbanı olmasının ƏLAMƏTLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqların və yeniyetmələrin sosial şəbəkələrdə keçirdiyi vaxtın artması valideynləri və mütəxəssisləri narahat edir. Bu proses həm psixoloji, həm də davranış dəyişikliklərinə səbəb olur.

Sosial şəbəkələr uşaqların psixologiyasına necə təsir edir?

Qadağa yoxsa maarifləndirmə daha effektivdir? Bu yöndə hansı təklifləriniz olardı?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən psixoloq Gövhər Məmmədova bildirib ki, sosial şəbələrdən düzgün istifadə etməklə lazımlı məlumatlar əldə edib özümüzü maarifləndirə bilərik.

“Lakin əfsuslar olsun ki, ilk növbədə yetişkin insanlar olmaqla yeniyetmələr də sosial şəbəkə qurbanına çevrilirlər. Yeniyetməlik ən çətin dövrlərdən hesab olunur, o mənada ki, bu yaş dövrü hormonal, fiziki dəyişikiliklərlə yanaşı sinirlərdə oyaqlıqla da müşahidə olunur və hər şeyə daha çox reaksiya vermək, tez qıcıqlanmaq valideynləri çətin vəziyyətdə saxlayır, necə cavab verməli olduqlarını, necə davranmalı olduqlarını tapmaqda zorlanırlar. Yeniyetmənin kimlərlə dostluq etdiyi, hansı ətrafa sahib olması, gündəlik hansı fəaliyyətlərlə daha çox məşğul olması, hansı sosial şəbəkələrdən istifadə etməsi, virtual olaraq keçirdiyi vaxt valideynlərin maraqlanmalı olduğu mütləq nüanslardır. Əgər yetişkin insanlar sosial şəbəkə asılılığından əziyyət çəkirsə, deməli daha kiçik yaşlarda bunun qarşısını almaq daha asan olar. Bunun üçün daimi, lakin narahat etməyəcək şəkildə övladınızı nəzarətdə saxlamalıdınız əgər müşahidə nəticəsində övladınızın real həyatdan daha çox sosial şəbəkələrdə , internetdə vaxt keçirdiyini yaxud davranışlarında fərq aşkar edirsinizsə, onları qıcıqlandırmayacaq şəkildə müdaxilə etmək lazımdır. Əgər çətinlik çəkirsinizsə, professional dəstək almağınızı tövsiyə edirəm.”

Dəniz Pənahova