Bağça və məktəb uşaqları arasında ağırlaşmalarla müşahidə olunan yoluxucu xəstəlik yayılıb.
Tribuna.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev məlumat paylaşıb. O bildirib ki, yayılan virus virus ölümcül deyil, amma kifayət qədər yoluxdurucudur:
“Az qala hər üç uşaqdan ikisində pnevmoniya ilə ağırlaşma verir. Xəstə uşağınızı bağçaya aparmayın. Məktəbə də buraxılmamalıdır belə uşaqlar. Həm özü ağırlaşacaq, həm də başqasının sağlam uşağını yoluxduracaq. Başqa cür bu infeksiyanı yığıb-yığışdıra bilmərik”.
Gülşən Rəsul










