Urmiyədə dəhşətli qətllər: İnsanları evlərindən aparıb, öldürürlər

Urmiyədə dəhşətli qətllər: İnsanları evlərindən aparıb, öldürürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda baş verən dəhşətli qətliamların yeni detalları üzə çıxır.

Tribuna.az xəbər verir ki, Tehran, Məşhəd, Kirmanşah və digər şəhərllərdə baş verən faciələrlə yanaşı, Güney Azərbaycanın şəhəri olan Urmiyədə də dəhşətli olaylar yaşanıb.

“Azərbaycan Öyrəncilər Hərəkatı” (AZOH) şahidlərə istinadən Urmiyədə baş vermiş qətlianların bəzi detallarını paylaşıb. Şahidlər bildiriblər ki, son bir neçə gündə şəhərdə repressiyalar, geniş yayılmış həbslər və vətəndaşların itkin düşməsi heç vaxt olmadığı şəkil alıb. Onlardan biri deyib ki, şənbə günü başlayan qətl və həbs prosesi zaman nə qədər insanın öldürüldüyünü dəqiqləşdirmək mümkün olmayıb. “Onlar çoxunu həbs etdilər, çoxunu öldürdülər. Biz qaçmağı bacardıq, amma hələ də digərlərindən xəbərimiz yoxdur”.

Onlar bildiriblər ki, təhlükəsizlik qüvvələri insanları birbaşa evlərindən aparıblar: “Xalamın əri evdən dostlarımdan birinə zəng edərək deyib ki, uşağı evdən aparıblar. Ertəsi gün zəng edib dedilər ki, gəl cəsədini aparın. Çoxlarını belə aparıblar, sonra da meyitlərini təhvil veriblər».

AZOH bildirib ki, hazırda Urmiya praktiki olaraq hərbi şəhərə çevrilib: “Bura Tehran qədər böyük deyil. Hər yerdə agent və Bəsic  var. Bəsiclər uşaqlarını geyindirib, özləri ilə küçələrə çıxardırlar ki, qorxu atmosferi yaratsınlar”.

Fərda Uğur