Universitet və bu nazirliklər bölgələrə köçürülsün – Deputat

Universitet və bu nazirliklər bölgələrə köçürülsün – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda keçirilən müxtəlif tədbirlər zamanı dərslərin onlayn formada təşkili şəhərdə tıxac problemini aradan qaldırır. Bu həm də onu deməyə əsas verir ki, artıq universitetlərin, ixtisas müəssisələrinin bölgələrə köçürülməsinin vaxtı çatıb.

Bu sözləri Tribuna.az-a millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib. O qeyd edib ki, universitetlərin bölgələrə köçürülməsi məsələsi gündəmdə qalmalıdır:

“Bakı şəhəri kifayət qədər yüklənib və artıq bu yüklənmə gündəlik həyatımızda hər birimizə problemlər yaratmaqdadır. Bu problemin aradan qaldırılmasının vaxtıdır. Universitetlər köçürülməlidir. Həmçinin bir sıra mərkəzi icra qurumları, bəzi nazirliklər və komitələr regionlara köçürülsə daha məqsədəuyğun olar.

Bu həm də regionların inkişafına təsir edər, bölgələrdə iş yerlərinin artmasına təsir edər. Bu həm iş üçün Bakıya axının da qarşısını alar.

Paytaxt bu yüklənmədən azad olmalıdır”.

Deputat bildirib ki, bu istiqamətdə artıq ciddi addımlar atılmalıdır.

Nigar İxtiyarqızı