“Unibank” rəhbəri villasını niyə sata bilmir?

“Unibank” rəhbəri villasını niyə sata bilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mediada gedən xəbərlərə görə, UNİBANK-ın Müşahidə Şurasının sədri Eldar Qəribovun Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz villası bir ildən artıqdır ki, müştəri tapa bilmir.
Tribuna.az xəbər verir ki, bu mövzuda qaynar.info yazıb.
Təxminən 34 milyon manata təklif olunan villanı satmaq üçün Avropanın ən lüks əmlak saytlarından tutmuş, ərəb və rus saytlarına belə elan yerləşdirilib. 2015-ci ildə Fransanın ali mükafatına – “Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülən, bir il sonra isə bu ölkəyə çox yaxın olan Maltadan 650 min avro qarşılığında vətəndaşlıq alan Eldar Qəribovun villasını satışa çıxarma səbəbi məlum deyil.

Villanın yerləşdiyi Villefranche-sur-Mer adlanan ərazi Fransanın Cənub bölgəsində, İtaliya ilə sərhəddə yerləşən şəhərdədir. Bu ərazi lüks villalar, möhtəşəm dəniz mənzərəsi və ən müasir imkanları ilə tanınır. Eldar Qəribovun “Villa Art Deco”su Bellle Epoque üslublu 320 kv.m sahəsi olan mülkü zirzəmi və iki mərtəbədən ibarətdir. Mülkdə 160kv.m-lik qonaq otağı və müasir villaya məxsus hər cür şərait var.
Eldar Qəribovun əsas gəlir mənbəyi isə “Unibank”dır. 2009-cu ildə bu bankın səhmlərinin 50 faizinə sahib olan E.Qəribov 2015-ci ildə 56,9%-ə, 2019-cu ildə 77,38%-ə, 2020-ci ildə 86, 38%-ə və nəhayət 2003-cü ildə 94,08%-ə sahiblənib. 2003-cü ildə səhmlərin 7.31 faizinin alınmasının da maraqlı tarixçəsi var. Bu işdə Eldar Qəribova yaxın dostu, Fransadakı villasında qonşu olduğu iş adamı Bəylər Məmmədov köməklik edib. Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRİSES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu “Canley Finanse SA” maliyyə şirkəti adından səhmləri alıb, sonra isə dostuna satıb. Eldar Qəribovun alqı-satqını belə dolaşıq yolla aparmasının da səbəbi məlum deyil. Heç Unibank da bununla bağlı heç bir rəsmi açıqlama verməyib.

Onu da deyək ki, Eldar Qəribovun bankı “Unibank” ASC Mərkəzi Bankın tələblərinə məhəl qoymur.
Mərkəzi Bank sözügedən bankın “Banklarda korporativ idarəetmə Standartları”nın 8.2.5-ci yarımbəndini pozduğunu açıqlayıb.

Yəni bank aparılmış daxili audit yoxlamaları barədə hesabatı vaxtında Mərkəzi Banka təqdim etməyib, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatları təqdim etməyib.
Qeyd edək ki, “Unibank”ın səhmlərinin 94,8%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara məxsusdur.

Tribuna.az