Ukraynada 800 minlik ordunu bütün Avropa maliyyələşdirməlidir – Podolyak

Ukraynada 800 minlik ordunu bütün Avropa maliyyələşdirməlidir – Podolyak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O bildirib ki, ordu şərti “ümumavropa silahlı qüvvələri”nə tam inteqrasiya olunmalıdır.

Ukrayna ordusunun 800 min nəfərlik heyətinin maliyyələşdirilməsini bütün Avropa həyata keçirməlidir.

Tribuna.az xəbər verir ki, bu fikri Prezident Ofisinin müşaviri Mixail Podolyak səsləndirib.

“Burada məsələ təkcə 800 min rəqəmi deyil, əsas sual onu kimin maliyyələşdirəcəyidir. Bu, çox böyük maliyyə həcmi deməkdir. Genişmiqyaslı işğaldan əvvəl biz ordunun sayını 250–300 min nəfərə çatdırmışdıq”, – deyə o, Novini.LIVE-ə müsahibəsində bildirib.

Prezident Ofisinin müşavirinin sözlərinə görə, həmçinin dron və raket istehsalının inkişaf etdirilməsi vacibdir – xüsusilə də qısa və orta mənzilli raketlərin böyük həcmdə istehsalı.

“Kim maliyyələşdirməlidir? Biz hesab edirik ki, bu, şərq sərhədində yerləşən çəkindirici ordu – yəni çəkindirmə funksiyasını yerinə yetirən Silahlı Qüvvələrdir. Bu isə bütün Avropa üçün maraqlı olmalıdır və investisiyalar da ümumi olmalıdır. O zaman aydın olacaq ki, bu, tamamilə başqa format, tamamilə başqa maliyyələşmə deməkdir. Amma bu formul yalnız Avropalı tərəfdaşlarımızla razılaşdırıldıqdan sonra formalaşacaq”, – deyə Podolyak izah edib.

Podolyak əlavə edib ki, 800 min nəfərlik ordu peşəkar olmalıdır – insanlar müqavilə imzalayaraq “pis olmayan maaş qarşılığında” orduya qoşulacaqlar.

Bundan əlavə, Prezident Ofisinin müşaviri qeyd edib ki, ordu şərti “ümumavropa silahlı qüvvələri”nə tam şəkildə inteqrasiya olunmalıdır.

İmran Kərimli