Ukrayna Voronej və Ulyanovskda mühüm obyektləri vurdu

Ukrayna Voronej və Ulyanovskda mühüm obyektləri vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ötən gecə Rusiyada bir neçə mühüm obyektlərə zərbə endirib.

Tribuna.az  xəbər verir ki, zərbə hədəflərindən biri Ulyanovsk vilayətinin Novospasski rayonundakı yanacaq-enerji obyekti olub.

Məlumatı vilayətin qubernatoru Aleksey Russkix açıqlayıb: “Düşmən dronları Novospasski rayonundakı yanacaq-enerji müəssisəsinə hücum edib. Təcili yardım xidmətləri hadisə yerindədir. Xahiş edirəm sakit qalın. Yanğınsöndürmə işlərinin gedişi və müəssisədəki vəziyyət barədə sizi məlumatlandıracağam”.

Ukrayna həmçinin Wildberries-in Voronej vilayətindəki anbarına zərbə
endirib. Regional qubernator Aleksandr Qusevin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Voronej vilayətinə hücumunu gecə boyu dəf edib: “Təəssüf ki, itkilərimiz və ciddi nəticələrimiz var. Təcili yardım xidmətləri işlərini başa vurduqdan sonra hər şeyi bildirəcəyik”