Ukrayna Rusiya hərbi obyektlərinə zərbələr endirib

Ukrayna Rusiya hərbi obyektlərinə zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krımda və Rusiyanın nəzarətində olan ərazilərdə bir sıra hərbi obyektlərə zərbələr endirdiyini bəyan edib.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti “Telegram” kanalında məlumat yayıb.

Xidmətin yaydığı məlumata görə, əməliyyat zamanı Krımdakı Cankoy aviabazası, Kerç şəhərindəki “Krım” limanının infrastrukturu, həmçinin sursat və yanacaq-sürtkü materialları anbarları vurulub.

Bundan başqa, Pokrovsk yaxınlığında Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və sursatların saxlanıldığı logistika mərkəzinin məhv edildiyi bildirilib.

Qurumun məlumatında qeyd olunub ki, Zaporojye vilayətində Rusiya ordusunun pilotsuz sistem operatorlarının yerləşdiyi məntəqələrə, eləcə də Donetsk vilayətində yerləşən hərbi anbarlara da zərbələr endirilib.

İddia olunur ki, əməliyyat nəticəsində Rusiya qüvvələrinin təchizat-logistika sistemi pozulub, həmçinin pilotsuz sistemlər bölmələrinin pilotları və komanda heyətinin bir hissəsi zərərsizləşdirilib.