Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Belqorod vilayəti ərazisində yerləşən iki S-400 zenit-raket kompleksinin buraxılış qurğusuna zərbə endirib.
Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum dekabrın 14-də Rusiya Silahlı Qüvvələrinin 568-ci zenit-raket alayının Raevka kəndi yaxınlığındakı mövqelərinə qarşı həyata keçirilib.
Zərbə nəticəsində döyüş sursatı ilə birlikdə iki S-400 qurğusu məhv edilib.
İmran Kərimli









