Dövlət Turizm Agentliyi (DTA) daha iki tenderin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, həmin tenderlərdən biri Avstriya,İsveçrə və Almaniyadan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasını əhatə edir.
DTA bu prosesi köhnə tanışı ilə reallaşdıracaq. Belə ki, tenderin qalibi yenə “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Agentliklə şirkət arasında 210 min182 manatlıq müqavilə bağlanıb.
DTA-nın ikinci tenderi isə Avropa ölkələrində 2026-cı il üçün təbliğat xidmətlərinin yerinə yetirilməsi ilə bağlı xidmətlərin satın alınması ilə bağlıdır. Bu dəfə də Agentlik “ənənəsi”nə sadiq qalıb. Belə ki, bu dəfə də DTA-nın əksər tenderlərinin qalibi olmuş “VATA” MMC ilə anlaşma əldə olunub. Həmin anlaşmanın dəyəri isə 1 milyon 117 min 100 manat təşkil edib.
Fərda Uğur









