Dövlət Turizm Agentliyi (DTA) daha bir tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, məqsəd Cənubi Asiya və MDB ölkələrində 2026-cı il üçün təbliğat xidmətlərinin yerinə yetirilməsi xidmətlərinin satınalınmasıdır.
Belə ki, “VEGA TRAVEL MANAGEMENT” MMC-nin qalibi olduğu tenderin dəyəri 1 milyon 180 min 230 manat təşkil edir.
Agentlik bu vəsaitlə Hindistanda təmsilçilik xidmətlərinin alınması, Hindistan, Pakistan, Özbəkistan və Qazaxıstan da yol şousunu (silsilə B2B tədbirlər) təşkil edəcək.
Qeyd edək ki, DTA hər il turizmin təşviqi üçün milyonlarla manat vəsait xərcləyir. Lakin hər il ölkəmizə gələn turistlərin sayı azalmaqdadır.
Fərda Uğur









