Türkiyədə daha bir məktəbə silahlı hücum planı

Türkiyədə daha bir məktəbə silahlı hücum planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda orta məktəblərdən birinə hücum hazırladığı iddia edilən səkkiz şübhəlidən ibarət qruplaşmanın üzvləri jandarm əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Tribuna.az-a Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, məhkəmə onlardan ikisi barədə ev dustaqlığı qərarı çıxarıb.
Torbalı rayonundakı liseydə oxuyan bir qrup şagirdin öz aralarında yaratdıqları vatsap qrupu vasitəsilə hücum planlaşdırdığı müəyyən edilib. “12/A Avionics” adlı 20 nəfərlik vatsap qrupunda ünsiyyət quran şagirdlərin Şanlıurfa və Kahramanmaraşda baş verən son məktəb hücumlarına bənzər hücumu ətraflı müzakirə etdikləri müəyyən olunub.
Jandarma əməkdaşları tərəfindən təhdid mesajlarının aşkarlanmasından sonra genişmiqyaslı araşdırma başlanıb. Əldə edilən məlumatlar əsasında hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edilmiş ünvanlarda eyni vaxtda reydlər keçirib. Əməliyyat zamanı T.Y. (17 yaş), A.K. (17), A.E.Ö. (17), E.K. (17), R.D. (18), F.G. (17), Ç.S. (17) ve A.Ç. saxlanılıb.
Şübhəlilərin evlərində və rəqəmsal materiallarda axtarışlar aparıldıqdan sonra sübutlar götürülüb.
Onların üçü ifadələri alınmaqla, daha iki nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıblar. Daha bir şübhəli ilə bağlı hansı hüquqi ölçünün götürüldüyü açıqlanmır.