Türkiyə NATO-nun 8-ci ən böyük iqtisadiyyatıdır – Bolat

Türkiyə NATO-nun 8-ci ən böyük iqtisadiyyatıdır – Bolat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə 2025-ci il üzrə 1,6 trilyon dollarlıq iqtisadiyyatı ilə NATO ölkələri arasında 8-ci ən böyük iqtisadi gücə malikdir.

Tribuna.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammiti münasibətilə yaydığı yazılı açıqlamada bildirib.

Onun sözlərinə, Prezident Rəcəp Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən istehsal, investisiya, məşğulluq və ixracyönümlü iqtisadi siyasət nəticəsində Türkiyə son 25 ildə qlobal iqtisadiyyatda və ticarətdə mühüm uğurlar qazanıb:

“Türkiyə geostrateji mövqeyi, güclənən iqtisadiyyatı, artan xarici ticarəti və inkişaf edən müdafiə sənayesi sayəsində NATO müttəfiqləri arasında önəmli yer tutur. 2025-ci ildə cari qiymətlərlə təxminən 1,6 trilyon dollarlıq iqtisadi həcmlə Türkiyə NATO ölkələri arasında 8-ci, alıcılıq qabiliyyəti paritetinə görə isə 3,8 trilyon dollarlıq göstərici ilə 5-ci yerdə qərarlaşıb. Türkiyənin NATO ölkələri ilə xarici ticarət dövriyyəsi ötən il 289,7 milyard dollara çatıb”.