Türkiyə İsrailin özünü “müstəqil” elan etmiş Somalilandın “müstəqilliyini” rəsmi şəkildə tanımaq qərarını kəskin şəkildə pisləyib.
Tribuna.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin bu addımını qlobal qeyri-sabitliyə yol açan növbəti qanunsuz addım kimi qiymətləndirib.
Ankara Somalinin suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayaraq, “Somaliland”ın tanınmasını ölkənin daxili işlərinə açıq müdaxilə kimi dəyərləndirib.
Türkiyə Misir və Cibuti ilə birlikdə İsrail ilə Harqeysa arasında əldə olunan razılaşmanı tamamilə qəbuledilməz hesab edən birgə diplomatik bəyanat yayıb.









