Türkiyə Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan və ehtimal ki, İrandan buraxılmış ballistik raketin NATO qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.
Tribuna.az xəbər verir ki, məlumatı TASS yayıb.
“Ehtimal ki, İrandan buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava hücumundan müdafiə və raketdən müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Qurumdan bildirilib ki, Türkiyənin ərazisi və hava məkanına yönələn bütün təhdidlərə qarşı “qətiyyətlə və tərəddüdsüz” lazımi tədbirlər görülür, bölgədə baş verən hadisələr isə milli təhlükəsizlik prioritetləri nəzərə alınaraq diqqətlə izlənilir.
İmran Kərimli









