Ermənistanda nəşr olunan “Hraparak” qəzeti iddia edib ki, Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Serdar Kılıç İrəvana yeni təkliflər göndərib.
Tribuna.az bildirir ki, nəşr 1 yanvar 2026-cı il tarixindən etibarən Ermənistan və Türkiyə arasındakı sərhəd diplomatik pasport sahibləri, eləcə də üçüncü ölkə vətəndaşları üçün açıq olacaq.
Qəzet yazıb ki, buna rəğmən, Türkiyə yüklər üçün sərhədləri açmağa hazır deyil. “Türkiyə ikitərəfli diplomatik münasibətlərin qurulması ilə bağlı protokol hazırlayıb. Lakin Ankara Paşinyanın sənədi imzalamaq üçün şəxsən Türkiyəyə səfər etməsini tələb edir”.
“Hraparak” yazıb ki, Kılıç dəmir yolu ilə bağlı başqa bir tələb də irəli sürüb. “Onlar Ermənistandan təcili olaraq Arazdəyəndən Azərbaycan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər dəmir yolunun tikintisinə başlamağı tələb ediblər”.
Fərda Uğur









