Türkiyə də İrana raket atacaq? – ŞƏRH

Türkiyə də İrana raket atacaq? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər dəfə Türkiyəyə dron və raket at, sonra da yalandan söylə ki, “mən atmamışam, İranın düşmənlərinin işidir”. Qardaş dövlət hələ ki, səbr nümayiş etdirir, İrana eyni tərzdə cavab vermir.

Tribuna.az xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyənin İrana eyni tərzdə cavab verməməsinin iki səbəbi var:

“Birincisi, Türkiyə İrana cavab zərbəsiylə İsrail və ABŞ-la eyni ittifaqda yer aldığı görüntüsü vermək istəmir.

İkincisi, Türkiyə və İran arasında yüzillərdir savaş olmayıb. Ankara bu ənənəni pozmaq istəmir.

Ancaq əgər hazırda İranı idarə edənlər Türkiyəyə qarşı təxribatlarını davam etdirərlərsə, Ankara qərar vermək məcburiyyətində qalacaq”.

Nigar İxtiyarqızı