Turizm Agentliyi “VATA” ilə yenidən anlaşdı

Turizm Agentliyi “VATA” ilə yenidən anlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) keçirdiyi iki tenderin nəticələrini açıqlayıb.

Tribuna.az xəbər verir ki, Agentlik hər iki tenderi eyni şirkətə verib.

Belə ki, tenderlərdən biri Qazaxıstan, Özbəkistandan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasını əhatə edir. Bu məqsədlə “VATA” MMC ilə razılaşma əldə olunub. Satınalma üçün şirkətə 218 min 215 manat ödəniləcək.

İkinci tender isə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması ilə bağlıdır. Bu tenderin də qalibi “VATA” MMC olub. Tərəflər 200 min 773 manata anlaşıb.

Fərda Uğur