Turizm Agentliyi təşviqat üçün milyonlar xərcləyir, bəs turist sayı niyə 10,5% azaldı?

Turizm Agentliyi təşviqat üçün milyonlar xərcləyir, bəs turist sayı niyə 10,5% azaldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda turist sayının azalmasının ən birinci səbəbi quru sərhədlərin bağlı olmasıdır. Bu, turizmə ən böyük ziyan vuran amildir. Nə qədər ki quru sərhədlər  bağlı olacaq, gediş-gəliş üçün daha asan imkan və  fürsətlər yaranmayacaq”.

Tribuna.az xəbər verir ki,  bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Natiq Cəfərli: “Xəzərin o tayı bizə Avropa kimi baxır” Pravda.az

O bildirib ki, Azərbaycanda turizmin inkişafının problemli olacağı gözlənilən nəticədir: “İlkin addım kimi quru sərhədlər açılmalıdır. Sonra ölkə tanıtımının, turizm məhsullarının satışının artırılmasına ehtiyac var. Məsələn, Qobustanı, Şəkini, turistik təbiət gözəlliklərini çox güclü tanıtmalıyıq. Bu isə təkcə Turizm Agentliyinin görə biləcəyi bir iş deyil. Bir tək onları günahlandırmaq haqsızlıq olar. Düzdür, Agentlik də işlərini daha yaxşı qurmalıdır, amma quru sərhədlərin bağlı olması Agentliyin problemi, yaxud səlahiyyətində olan məsələ deyil. Onlar quru sərhədləri aça bilməzlər”.

 

Qeyd: Rəsmi statistikaya görə, 2026-cı ilin ilk dörd ayında Azərbaycana gələn xarici turistlərin sayı azalıb. Belə ki, yanvar-aprel aylarında ölkəyə 658,5 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir. 2025-ci ildə Dövlət Turizm Agentliyinin xarici jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili məqsədilə 4 milyon manatdan çox vəsait ayırması, lakin turizmin təşviqi üçün müxtəlif layihələrin həyata keçirilməsinə baxmayaraq, turist axınındakı azalmanın davam etməsi sosial şəbəkələrdə müzakirə yaradıb.