Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb

Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəyə turist cəlb etmək adı ilə milyonlarla manat pul xərcləyən Dövlət Turizm Agentliyi daha bir milyonluq tenderə imza atıb.

Tribuna.az xəbər verir ki, qurum bununla bağlı nəticələri açıqlayıb.

Məlum olub ki, Agentlik sosial media platformalarında reklam yerlərin alınması xidmətlərinin satın alınması prosesini həyata keçirəcək. Bu məqsədlə həmin işləri “NYU MEDİA.AZ” MMC-yə həvalə edib. Daha doğrusu, sözügedən şirkət tenderin qalibi olub.

Tərəflər arasında bu işlərin görülməsi üçün 2 milyon 414 min 940 manatlıq müqavilə imzalanıb.

Fərda Uğur