Turizm Agentliyi 168 min manata sərgi stendi quraşdıracaq

Turizm Agentliyi 168 min manata sərgi stendi quraşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət turizm Agentliyi (DTA) daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, dövlət qurumu nəticələri iki gün öncə açıqlayıb.

Məlum olub ki, Agentlik 21-25 yanvar 2026-ci il tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək “FITUR 2026” turizm sərgisinə qatılacaq. Bu zaman açar təhvili üsulu ilə sərgi stendini quraşdıracaq.

Rəsmi qaynaqlarda qeyd edilir ki, tenderin qalibi “BÜROMAX” MMC olub. Sözügedən stendin hazırlanması və quraşddırılması üçün isə DTA MMC-yə 168 min 676 manat ödəyəcək.

Qeyd edək ki, sözügedən məbləğin qarşılığında “Büromax” MMC Agentlik üçün bir ədədə stend döşəməsi hazırlayacaq. Bundan başqa, stendin strukturunun hazırlanması, qrafik işlər, mebellərin quraşdırılması, işıqlandırma işləri reallaşdırılacaq və keyterinq xidmətləri göstəriləcək.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, DTA “Büromax” MMC ilə ötən ilin aprelində də tender razılaşması əldə edib. Belə ki, həmin vaxt 28 aprel-01 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025″ turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması məsələsində ortaq məxrəcə gəliblər. Tenderin dəyəri isə 185 min 660 manat olub.

Fərda Uğur