“Bizə deyirlər ki, guya, Azərbaycandan neft almaqla onların ordusuna yardım edirik və ya büdcələrini artırırıq. Azərbaycanın 1.5 milyon dollara ehtiyacı var?”
Tribuna.az xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” Partiyasından deputat Babken Tunyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətini Azərbaycandan benzin almaqda ittiham edənlər əvvəlcə özlərinə bxamalıdırlar. “Bu adamların ailə üzvləri 30 ildi “düşmən” Türkiyənin istehsal etdiyi paltarları geyinirlər. Əgər Azərbaycan benzin almaq pisdirsə, o zaman onlar və ailələri Türkiyə istehsalı olan geyimlərindən imtina etsinlər”.
Tunyan sonda bildirib ki, son 20 ildə Türkiyədən 4.6 milyrad dollarıq geyim və sənaye məhsulları alınıb. “Əgər pisdirsə, “düşmən”in malından niyə istifadə edirsiz? O zaman siz də türk geyimləri almaqla Türkiyə ordusunu gücləndirirsiz”.
Fərda Uğur









