“300 min azərbaycanlının Ermənistanda yaşaması üçün şərait yaraddılarsa, soydaşlarımızın qalacaq yeri olmayacaq. Onların evləri bağlıdır, başqalarının gəlib orada yaşaya bilməsi üçün oradan çıxmalıdırlar”.
Tribuna.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan deyib.
Onun sözlərinə görə, Azərbaycanla mövcud vəziyyət davam edərsə, Ermənistanı ağır günlər gözləyir. “Əgər Azərbaycanla mövcud vəziyyət bir və ya iki il davam edərsə, Ermənistan Qarabağın taleyini təkrarlamaq riski ilə üzləşə bilər”.
Fərda Uğur









