Trampla Putin telefonla danışdı

Trampla Putin telefonla danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

Tribuna.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Rusiya lideri sui-qəsd cəhdindən sonra Trampı dəstəklədiyini bildirib və cinayəti qəti şəkildə pisləyib.

Uşakov həmçinin qeyd edib ki, iki lider Ukraynadakı münaqişəni müzakirə ediblər.