Tribuna.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində səsinin batmasından danışıb.
O səsinin boğulmasının səbəbini İranla bağlı gərgin danışıq tonu ilə izah edib.“Bu gün bütün günü iranlıların üstünə qışqırdım. Ona görə də səsim boğulur. Çünki inanıram ki, onların anladığı yeganə dil budur”, – deyə, Tramp qeyd edib









